Xəbər lenti

 

“Ukraynanın NATO-dakı müttəfiqlərinə inamı Rusiyanın işğalı ilə mübarizə üçün silah tədarükündə gecikmələr və uğursuzluqlar səbəbindən sarsıldı”.

 

Ovqat.com-un məlumatına görə, NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynada keçirdiyi görüşlərin yekun nəticələrinə dair danışarkən bildirib.

 

O, bir günlük səfərdən sonra Ukraynanı qatarla tərk edərkən “Reuters” agentliyinə verdiyi açıqlamasında Kiyevə beynəlxalq hərbi yardımın koordinasiyasını yenidən nəzərdən keçirməyin vaxtının gəldiyini söyləyib.

 

Proqnozlaşdırıla bilənliyi, daha çox hesabatlılığı və məsuliyyət yükünün ayrılmasını təmin etmək üçün dəstəyimiz üçün daha etibarlı, institusional bir təmələ ehtiyacımız var”, - NATO rəhbəri bildirib.

 

“NATO müttəfiqlərinin uğursuzluğu” deyəndə ABŞ Konqresinin Ukraynaya 60 milyard dollarlıq yardım paketinin qəbul olunmasının altı ay çəkdiyini nəzərdə tutan Stoltenberq Avropa ölkələrinin vəd olunduğundan daha az artilleriya sursatı tədarük etməsini də bu siyahıya aid edib. O vurğulayıb ki, bu çatışmazlıqlar hərbi əməliyyatların gedişatına ciddi təsir göstərib, nəticədə Rusiya təşəbbüsü ələ alıb, sursat çatışmazlığı yaşayan Ukrayna qoşunları müdafiəyə keçmək məcburiyyətində qalıb.

 

Əlbəttə ki, söz verdiyimizi yerinə yetirməməyimiz Ukraynaya ciddi ziyan vurdu”, - Stoltenberq vurğulayıb.

 

Buna baxmayaraq, Ukrayna Prezidenti Vladimir Zelenski və digər yüksək vəzifəli rəsmilərlə bir günlük görüşündən sonra o, Kiyevin hələ də müttəfiqlərinə inamını tam itirmədiyini və güvənin bərpasının indidən belə nə cür addım atılacağından asılı olduğunu söyləyib.

 

Stoltenberq həmçinin bildirib ki, Ukraynaya hərbi yardım çatışmazlığının qarşısını almağın yollarından biri NATO-ya daha böyük əlaqələndirici rol vermək və hər bir müttəfiqdən gözlənilən töhfəni açıq şəkildə əks etdirən çoxillik plan hazırlamaqdır.

 

O, NATO-nun 32 üzvünə müraciət edərək bildirib ki, müttəfiqlər beş il ərzində Ukraynaya 100 milyard avro ayırmalıdırlar.

 

“Bu, hən planlaşdırmanı, həm də hər bir müttəfiqin nə etməli olduğunu aydınlaşdıracaq”, - Stoltenberq fikrini bu sözlərlə yekunlaşdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 5 678          Tarix: 30-04-2024, 20:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma