Xəbər lenti


İranın sənaye, mədən və ticarət naziri vəzifəsindən azad olunub.

Bu gün İran Prezidenti Həsən Ruhaninin əmri ilə ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani vəzifəsindən kənarlaşdırılıb.

R.Rəhmaninin ölkədə sənaye, ticarət sahələrində baş vermiş nöqsanlara, eləcə də bazarda məhsulların süni bahalaşmasına görə işdən azad edildiyi bildirilir.

Qeyd edək ki, R.Rəhmanin vəzifələri müvəqqəti olaraq onun birinci müavini Hüseyn Modərres Xiyabaniyə tapşırılıb.


Ana səhifəyə qayıt        Baxış: 1 972          Tarix: 11-05-2020, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma