Xəbər lenti


Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İranın Ali Dini lideri Ayətullah Seyid Əli Xamenei ABŞ hərbçilərinin İraq və Suirya ərazilərini tərk etməyə məcbur olacaqlarını açıqlayıb.

“Amerkanlar açıq şəkildə bəyan edirlər ki, onların qüvvələri Suriyada neftə görə yerləşdirilib. Əlbəttə, onlar Suriya və İraqda qalmayacaqlar. Onlar (bu ölkələri) tərk etməlidirlər.

Şübhəsiz ki, onları bunu etməyə məcbur ediləcəklər”, - deyə Ayətullah Xamenei bildirib.

“Uzun illərdir ABŞ özünün müsbət obrazını təbliğ etmək üçün külli miqdarda vəsait ayırmasına baxmayaraq, bu ölkə və rejimə dünyanın əhəmiyyətli hissəsi nifrət edir”, - deyə Ayətullah Xamenei qeyd edib.

Xatırladaq ki, ABŞ hərbçiləri 2003-cü ildən bəri bir sıra əməliyyatlar keçirir. 2015-ci ildən isə ABŞ hərbçiləri Suriya ərazisinə yerləşdirilib.




Ana səhifəyə qayıt        Baxış: 2 693          Tarix: 18-05-2020, 12:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma