Xəbər lenti
 
 
Covid-19 virusunun ikinci dalğası olmayacaq”.
 
Ovqat.com xəbər verir ki, bunu Almaniyanın Bonn Universiteti Xəstəxanasının Virusologiya kafedrasının müdiri professor Hendrik Strik deyib.
 
Amma alman virusoloqun bu proqnozuna sevinməyə tələsməyin. Professorun heç də koronavirusun ilk dalğada yox olub gedəcəyini düşünmür. Onun fikrincə, koronavirus ümumiyyətlə dünyadan yox olmayacaq və bəşəriyyətin endemik viruslarından birinə çevriləcək. 
 
"Hal-hazırda dünyada 4 endemik insan koronavirusu var. Bu dörd virus Avropada qış aylarında bütün qrip yoluxmalarının 10-30 faizini təşkil edir. Bir qayda olaraq, endemik koronaviruslar yuxarı və aşağı tənəffüs yollarının xəstələnməsinə gətirib çıxarır. Düşünürəm ki, Covid-19-da endemik koronavirusa çevriləcək".
 
 İndiyə qədər patogen insan koronaviruslarına qarşı vaksin tapılmadığını xatırladan alman virusoloq Covid-19-un da eyni tale yaşayacağını düşünür. Vaksin tapılmayanadək isə koronavirusun yox olmayacağını deyən professor onu gündəlik həyatımıza “inteqrasiya” etməyimizin vacibliyini vurğulayır.
 
Bəs koronavirusla birgə yaşamaq üçün nə etməliyik?
 
Sualı cavablandıran professora görə, koronavirusa qurban getməmək üçün ona qarşı hansı tədbirlərin daha təsirli olacağını müəyyənləşdirmək lazımdır:
 
"Bəziləri deyirlər ki, bu maska taxılmalıdır, digərləri isə təmasları məhdudlaşdırmağın  və kütləvi tədbirlərin qadağan edilməsinin lazım olduğunu iddia edirlər. Amma bunların nə qədər təsirli olacağı indiyədək qətiləşdirilməyib. Əvvəlcə təcili və eyni zamanda bir çox müxtəlif tədbirlər görülmüşdür. İndi isə virusun qarşısının ən yaxşı şəkildə necə alına biləcəyi araşdırılır. Biz bunu müəyyənləşdirəcəyimiz zaman irəliyə doğru addım atacağıq”.
 
 


Ana səhifəyə qayıt        Baxış: 3 952          Tarix: 5-07-2020, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma