Xəbər lenti

 
"Koronavirusun ikinci dalğasının da olacağına çox əminik".
 
Ovqat.com xəbər verir ki, bu bəyanatı Almaniyanın yoluxucu xəstəliklər üzrə ixtisaslaşmış Robert Koch İnstitutu rəhbəri professor Lothar Vieler səsləndirib.
 
Almaniyada koronavirusla əlaqədar karantin rejiminin sürətlə yumşaldılmasına münasibət bildirən professor hər şeyin bitmədiyini etiraf edərək, alman tibb mütəxəssaslərinin ikinci və hətta üçüncü dalğanı gözlədiklərini deyib.
 
Berlində keçirdiyi mətbuat konfransında danışan Vieler gözlənilən növbəti koronavirus dalğalarına bütün hazırlıq işlərinin görülüb başa çatdırıldığını da gizlətməyib: “İndi koronavirusla mübarizəyə daha yaxşı hazırlaşmışıq. Xəstəliklə necə rəftar edəcəyimizi daha yaxşı bilirik. Xəstələr də müalicə mövzularında həkimlər  qədər və hətta onlardan daha çox məlumatlıdırlar. Bir sözlə, ikinci dalğa üçün hazırlıqlarımız daha mükəmməldir. "
 
 
Professor bununla yanaşı, digər tədbirlərin görülməli olduğunu da vurğulayıb. O qeyd edib ki, hazırkı vəziyyətdə xəstəxanaların reanimasiya bölümlərində heç bir yataq problemi yaşanmayacaq: "Təbii ki, xəstələrin sayının sabit qalacağı və yeni halların sayının artmayacağı təqdirdə. Bu gün reanimasiya şöbələrində 12 700 boş yatağımız var”.
 
Vieler hazırda koronavirus yoluxdurma əmsalının 0.7 olduğunu, bunun isə infeksiyanın yayılma sürətinin əhəmiyyətli dərəcədə azaldığını göstərdiyini bildirib: “Bu isə o deməkdir ki, bir xəstə virusu bir başqa insana ötürə bilmir”.
 
Professorun karantin şərtlərinin yüngülləşdirilməsi ilə bağlı mövqeyinə gəlincə, onun fikrincə, Almaniyada koronavirus hadisələrinin sayı bölgələrə görə dəyişilir, bu da yerli vəziyyətə uyğun davranmağı tələb edir. Buna baxmayaraq, önləyici tədbirlər olmazsa, epidemiyanın yenidən genişlənməsi, deməli, yoluxma və ya ölüm hallarının artacağı da istisna deyil. 
 
"Əlbəttə, hamımızın koronavirusa görə ortaq plan hazırlanmasını arzulayırıq. Bu cür ortaq planlar indiyədək uğurlu alındı”,- Vieler belə deyib.


Ana səhifəyə qayıt        Baxış: 3 534          Tarix: 5-05-2020, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma