Xəbər lenti

Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri general-leytenan Vaqarşak Harutyan növbəti dəfə cəfəng bəyanatla çıxış edib. Belə ki, düşmən generalı müharibə olacağı təqdirdə Ermənistanın Bakının neft komplekslərini sıradan çıxaracağını bildirib.

 

Moderator.az-a açıqlamasında məlum bəyanatı şərh edən sabiq millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri  Fərəc Quliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ermənistan qorxutmaq üçün hürən, qorxduğu üçün quyruğunu bulayan itin vəziyyətindədir. Onlar bilir ki, bütün dünya Ermənistanın haqsız olduğunu qəbul edir. Avropa ittifaqının son sənədlərində də bu, özünü açıq şəkildə göstərir. Ermənistan anlayır ki, artıq Azərbaycan problemin həlli üçün hərbi vasitəyə əl atacaq. Çünki bunun zamanı çatıb.

 

Azərbaycan 2016-cı ildə problemi hərbi yolla həll edə bilərdi. Lakin həmsədrlər prosesə müdaxilə etdi və problemin sülh yolu ilə həllinin mümkün olduğunu vurğuladı. Azərbaycan həmin vaxt həmsədrlərə güzəşt etdi. Lakin bu hadisənin üstündən 4 il keçsə də, münaqişənin həlli istiqamətində həmsədrlər heç bir addım atmayıb.

 

Indi Ermənistan tərəfi qabaqdangəlmişlik etmək istəyir. Bu cür bəyanatlarla guya öz hərbi imkanlarını nümayiş etdirməyə çalışır. Ikincisi, Azərbaycan tərəfini qorxutmağa cəhd edir.  Üçüncüsü isə müharibənin ola biləcəyi ilə bağlı bütün dünyaya bir növ çağırış edir. Ancaq bütün bunlar mənasızdır. Azərbaycan öz ölçülü siyasətini aparmalı, BMT-nin qətnamələrinin icrasına çalışmalıdır. Ya bu qətnamələr icra edilməli, ya da Azərbaycan beynəlxalq konvensiyalar və konstitusiyasına əsasən problemi hərbi müstəvidə həll etməlidir.

 

Ermənistan unudur ki, Azərbaycan 2016-cı ildə ordusunun cüzi bir hissəsi hesabına ona təslimiyyət aktını imzalada bilərdi. Bunun olmadığı görə ağalarına qurban olsunlar. Təkcə Naxçıvandakı  korpusumuz bir neçə saata bütün Ermənistanı neytrallaşdıra bilər. Bunu düşmən də gözəl bilir.

 

Artıq söz müstəvisindən əməl müstəvisinə keçməliyik. Daha “qaralarla” oynamalı, öncə düşmənin hərəkətinə imkan verib sonra buna cavab verməli deyilik. Artıq “ağlarla” oynamağın vaxtıdır”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 3 013          Tarix: 6-07-2020, 18:13      


Paylaş:   

Ən çox oxunanlar