Əlimizdə hərbi əməliyyatlara başlamaq üçün yetərincə əsas var”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Natiq Miri bildirib. Ekspertin söğzlərinə görə, prosesin uzadılması Azərbaycan üçün yeni təhlükəli situasiyanın formalaşmasına gətirib çıxara bilər:
“Məlum olduğu kimi, bu yaxınlarda həm Ermənistanın baş naziri, həm də xarici işlər naziri Qarabağın Azərbaycan torpağı olduğunu vurğuladı, bununla da problemə əsl münasibətlərini ortaya qoydular. Bu açıqlamalar bir daha göstərdi ki, Ermənistan hakimiyyəti Qarabağ problemini sülh yolu ilə həll etmək niyyətində deyil.
Hesab edirəm ki, ölkəmiz Qarabağ probleminin həlli istiqamətində konkret addımlar atmalıdır. Düşmənə Qarabağın Ermənistana məxsusluğu ilə bağlı ideyasını legitimləşdirməyə imkan vermək olmaz. Əgər bunun üçün düşmənə zaman versək, o zaman Ermənistan beynəlxalq aləmdə bu ideyanı yaymaq, onun legitimləşməsinə nail olmaq üçün növbəti addımlar atacaq. Bu isə ölkəmizin maraqlarına ziddir. Buna görə də hesab edirəm ki, Azərbaycan yaranmış situasiyada öz sözünü deməli, Qarabağın Ermənistana məxsusluğu ilə bağlı ideyanın xam xəyaldan başqa bir şey olmadığını İrəvana silah gücünə başa salmalıdır”.
Seymur ƏLİYEV
Paylaş: