Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
2020-ci ilin yanvar-may aylarında Azərbaycan və İran arasında xarici ticarət əməliyyatları 129,35 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz azdır.
Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu ilin ilk beş ayında Azərbaycan məhsullarının İrana ixracı 13 milyon, bir il əvvəl isə 20.7 milyon dollar olub. Beləliklə, İran illik bazada Azərbaycandan məhsul idxalını 37,2 faiz azaldıb, ölkənin Azərbaycanın ümumi ixracındakı payı isə 0,24 faizdən 0,19 faizədək düşüb.
İran məhsullarının Azərbaycana illik idxalı da 43.4 faiz azalaraq 116.3 milyon dollara qədər azalıb. İranın Azərbaycanın ümumi idxalındakı payı 1,9 faiz azalaraq 2.79 faiz təşkil edib.
2019-cu ilin eyni dövründə iki ölkə arasında xarici ticarət əlaqələrində ixracın idxala nisbəti müvafiq olaraq 7,2 və 92,8 faiz təşkil edirdisə, 2020-ci ilin yanvar-may aylarında bu müvafiq olaraq 10.1 və 89.9 faiz olub. İki ölkənin ümumi ticarət dövriyyəsində Azərbaycan məhsullarının İrana ixracının payı 2,9 faiz bənd azalıb. Hesabat dövrü ərzində Azərbaycanın İranla xarici ticarət dövriyyəsinin saldosu mənfi olmaqla -103,27 milyon dollar təşkil edib.
Ümumilikdə, 2020-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 11,14 milyard dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji göstəricisindən 22,9 faiz azdır. Xarici ticarət dövriyyəsinin saldosu illik 0.9 faiz artıb və 2.81 milyard dollar təşkil edərək müsbət olaraq qalıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar