Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 666 759,7 min ABŞ dolları təşkil edib.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin ilkin hesabatında bildirilib.
Sənədə əsasən, hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% təşkil edib.
İlin ilk 8 ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya və Çindən sonra 4-cü böyük ticarət tərəfdaşı olub.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 2,25 dəfə artaraq 298 865,7 min dollar təşkil edib. Bu göstərici ilə Azərbaycan Gürcüstan məhsullarının ixracı üçün əsas bazar olub.
Azərbaycan isə Gürcüstana 367 894 min dollar dəyərində məhsul ixrac etməklə, qonşu ölkənin IV əsas idxal tərəfdaşı olub.
Yanvar-avqust aylarında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 8 100,7 mln. dollar təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsi 22,6% artıb. Qonşu ölkənin ixracı 27,1% artaraq 2 146,4 mln. dollar, idxalı isə 21% artaraq 5 954,3 mln. dollar təşkil edib.
Paylaş: