Xəbər lenti


NATO müttəfiqləri olan Türkiyə və Yunanıstan son dövrdə 2 məsələ ilə bağlı konfliktə girməkdən çəkinmədi. Bu konfliktlərdən biri Türkiyənin 1500 illik tarixi olan Ayasofiya muzeyini məscidə çevirməsi, ikincisi isə Şərqi Aralıq dənizi hövzəsindəki mübahisəli ərazidə qazma əməliyyatlarına başlaması idi.
 
Ayasofiya Fateh Sultan Mehmetin Konstantinopolu fəthindən sona məscidə çevrilsə də, daha öncə Bizans imperiyasında kilsə idi. 1930-cu illərdə Türkiyə lideri Mustafa Kamal Atatürk məscidin fəaliyyətini dayandırdı və Ayasofiyanı muzey çevirdi. 90 illik fasilədən sonra iyulun 24-də Ayasofiyada ilk cümə namazı qılındı. Özünü Bizans İmperiyasının tarixi varisi hesab edən Yunanıstanda bu münasibətlə kilsələrdə matəm zəngləri çalındı.
 
Modern.az ABŞ KİV-nə istinadən qeyd edir ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bunu "21-ci əsrin sivilizasiyasına təhqir" adlandıraraq, Türkiyənin bu addımını "zəifliyin sübutu" olaraq xarakterizə etdi. Bir gün sonra, Türkiyənin Xarici İşlər Nazirliyi, Yunanıstanın Ayasofya məscidinin namaz üçün açılmasına reaksiyasının bəhanə olduğunu və bir daha İslama və Türkiyəyə olan düşmən münasibəti xarakterizə etdiyini bildirdi.
 
40 ildir ki, Türkiyə və Yunanıstan əhəmiyyətli neft və qaz yataqlarını əhatə edən Şərqi Aralıq dənizi və Egey dənizi hövzəsindəki ixtilaflara gəldikdə isə İyulun 21-də Türkiyə “Oruc Reis” qazma gəmisinin dənizin mübahisəli hissəsində neft və qaz axtarışlarına başlayacağını açıqladı. Yunanıstan isə öz növbəsində hərbi hava qüvvələrini, donanma və sahil mühafizə dəstələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirərək baş verənlərə reaksiyasını göstərdi.

Fransa Prezidenti Emmanuel Makron Yunanıstana dəstək ifadə etdi və Egeydəki gərginliyə görə Türkiyəyə "sanksiya edilməli" olduğunu söylədi. Almaniya kansleri Angela Merkelin müdaxiləsindən sonra, Türkiyə keçən həftə qazma əməliyyatını dayandırdığını və Yunanıstanla məsələni "müzakirə etməyə" hazır olduğunu qeyd edib. Yaxın vaxtlarda tərəflər arasında danışıqların intensivləşməsi gözlənilir.



Ana səhifəyə qayıt        Baxış: 3 187          Tarix: 13-08-2020, 12:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma