Xəbər lenti

 
İran dini lideri Ayətulla Xamneinin beynəlxalq münasibətlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti dövlət telekanalına açıqlamasında Ayasofiyanın yenidən camiyə çevrilməsini dəstəkləyib.
 
Ovqat.com-un “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Vilayəti  Ayasofiyanı Fatih Sultan Mehmet tərəfindən fəth edilən ən əhəmiyyətli məscidlərindən biri adlandırıb.
 
Vilayəti bu qərara imza atdığına görə türk millətinin Rəcəb Tayib Ərdoğana minnətdar olduğunu bildirib.
 
Dini liderin sözçüsü ABŞ-ın dövlət katibi Mayk Pompeonun Ayasofya açıqlamasına da sərt təpki göstərib: "Pompeonun başqa bir əmri varmı? Ataları dünyadakı bütün muzeyləri kilsələrə çevirdilər. Əndəlüsün (İspaniyadakı müsəlman dövləti) məğlubiyyətindən sonra bacardıqları qədər bir çox məscid kilsə kim fəaliyyət göstərdi. 500 illik tarixi olan Ayasofiya qiyamətə qədər məscid qalacaq”.


Ana səhifəyə qayıt        Baxış: 4 131          Tarix: 2-08-2020, 18:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma