Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Alyaska sahillərinin yaxınlığında Rusiyanın sualtı qayıqları peyda olub.
Ovqat.com-un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığının bəyanatında belə deyilir.
“Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) və ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı (BC) bu gün Alyaska yaxınlığında peyda olan Rusiya sualtı qayığını diqqətlə izləyir, onun hərəkətlərinin hərtərəfli monitorinqini aparır”, - Komandanlığın Twitter hesabında bildirib.
"Rusiyanın dənizdə hazırkı fəallığı beynəlxalq sularda, ABŞ-ın ərazi sularından uzaqlarda baş verir. Biz Rusiya HDQ - dən və ya digər gəmilərdən dəstək göstərilməsi barədə sorğu almamışıq", - deyə komandanlıq bildirib.
Cümə axşamı Associated Press (AR) İnformasiya Agentliyi bildirmişdi ki, Alyaska sahilindəki Amerika balıqçılıq gəmiləri Berinq dənizində Rusiya hərbi gəmilərinin peyda olması barədə ABŞ Sahil Mühafizə Xidmətinə müraciət ediblər. Kipin Sahil Mühafizəsinin nümayəndəsi Uadlounun sözlərinə görə, o, ABŞ Silahlı Qüvvələrinin Alyaskadakı Elmendorf-Riçardson bazası ilə əlaqə saxlayaraq, məlumatı müvafiq dairələrə çatdırıb. Birləşmiş Komandanlıq bu döyüş gəmilərinin Rusiyanın əvvəlcədən planlaşdırılmış hərbi-dəniz təlimlərində iştirak etdiyini təsdiqləyib.
Rusiya Müdafiə Nazirliyi tərəfindən bu bəyanatla bağlı heç bir rəsmi şərh verilməyib. Cümə axşamı Nazirlikdən sadəcə o bildirilib ki, Sakit okean donanmasının "Omsk" və "Varyaq" atom sualtı kreyserləri hərbi təlimlər zamanı Berinq dənizində müəyyənləşdirilmiş simvolik hədəflərə qanadlı raketlərlə zərbələr endirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar