Xəbər lenti
Bu gün, 20:27
Bu gün, 17:30
Bu gün, 16:22
Bu gün, 15:30
Bu gün, 14:19
Bu gün, 12:54
Bu gün, 11:29
Bu gün, 10:13
Bu gün, 09:11
Dünən, 18:43
Dünən, 15:34
"Müharibədən sonra regionda yeni reallıq, yeni vəziyyət yaranıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesinə dərhal başladı. Siz işğaldan azad olunmuş əraziləri ziyarət edəcəksiniz, şəhərlərimizin, kəndlərimizin, tarixi və dini yerlərimizin tamamilə dağıdıldığını özünüz görəcəksiniz".
"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.
"Vandalizm və barbarlıq - işğal illəri ərzində Ermənistan dövlətinin torpaqlarımızda etdiklərini göstərmək üçün bu iki sözdən istifadə etmək olar. Biz indi böyük bir çağırışla üzləşmişik. Biz məcburi köçkünləri qaytarmalıyıq, biz yüz minlərlə azərbaycanlını geriyə qaytarmalıyıq, lakin minalara görə bu gün bunu etmək mümkün deyil. Ermənilər tərəfindən yüz minlərlə mina basdırılmışdır və müharibə dayanandan sonrakı son yeddi ay ərzində 100-dən çox azərbaycanlı Ermənistanın bizə mina xəritələrini vermədiyinə görə qətlə yetirilib və ya yaralanıb", - Prezident vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar