Xəbər lenti


Prezident İlham Əliyev Elmar Məmmədyarovun Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ovqat.com xəbər verir ki, sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilib.

Digər bir Sərəncanla Ceyhun Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilsin".




Ana səhifəyə qayıt        Baxış: 5 431          Tarix: 16-07-2020, 15:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma