Xəbər lenti

 

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.

Ovqat.com haqqın.az-a istinadən xəbər verir ki, jurnalist Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda ifadəsi alınır. 

***

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Vəkil Fuad Ağayev APA-ya bildirib ki, M. Əliyev bu gün Vergilər Nazirliyi Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə çağırılıb.
Vəkil qeyd edib ona qarşı vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma ittihamları irəli sürülüb, barəsində cinayət işi başlanıb. 
M. Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib.
O, Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparılıb.




Ana səhifəyə qayıt        Baxış: 760          Tarix: 24-08-2017, 23:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma