Xəbər lenti

 

Ukraynaya dönəndən sonra haqqında müxtəlif xəbərlər dolaşan eks-prezident Mixail Saakaşvilinin xanımı Sandra Rulofs və 11 yaşlı oğlu Nikoloz Tiflisə gəlib. Musavat.com bununla bağlı Gürcüstan mediasına istinadən xəbər verir. Məlumata görə, Tiflisə qayıtmaları barədə keçmiş birinci ledi özünün facebook səhifəsində yazıb.

Qeyd edək ki, S.Rulos və Saakaşvilinin kiçşik oğlu Gürcüstanın keçmiş prezidentini 10 sentyabrda Polşadan Ukraynaya qədər müşayiət etmişdilər. Lvov vilayətində tərəfdarlarının müşayiəti ilə ölkəyə daxil olan M.Saakaşvili otelə yerləşəndən bir müddət sonra onun yoxa çıxması xəbəri yayılmışdı. Həmçinin media Saakaşvilinin xanımı və oğlunun oteli tərk edərək aeroporta getdiklərini xəbər vermişdi.
S.Rulofs yazıb ki, Polşa-Ukrayna sərhədini o və oğlu nəqliyyatda, “sakit şəraitdə” keçiblər.

Keçmiş birinci ledi həmçinin qeyd edib ki, Gürcüstan paytaxtına oğlu ilə bərabər Borispol hava limanında pasport qeydiyyatından keçdikdən sonra təyyarə ilə uçub. “Biz Ukraynadan Gürcüstana qayıtdıq. Nikoloz məktəbə, mən isə işə. Hər kəs bizi Mişanın Ukraynaya uğurlu dönüşünə görə təbrik edir. Göründüyü kimi, bütün bunlara görə hər kəs kifayət qədər həyəcanlanıb və narahatlıq keçirib”- Sandra yazıb. Onu da qeyd edib ki, Mişaya görə fəxr edir.

M.Saakaşvilinin böyük oğlu Eduard hazırda ABŞ universitetində təhsil alır. Kiçik oğlu Nikoloz isə anası və nənəsi ilə birgə Tiflisdə yaşayır. Gürcüstan məktəblərində dərs ili 15 sentyabrdan başlanır.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 1 168          Tarix: 13-09-2017, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma