Bazar günü, 10 sentyabrda, Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili tərəfdarlarının əhatəsində Ukrayna sərhədini keçdi.
Publika.az bildirir ki, prezident Pyotr Poroşenko xüsusi fərmanla Gürcüstanın qalmaqallı keçmiş prezidenti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Sensasiyalı qərarın formal səbəbi kimi Saakaşvilinin vətəndaşlığının rəsmiləşdirilməsi zamanı verdiyi "səhv" məlumatlar göstərilir. Saakaşvili isə qərarın absurd olduğunu və Ukraynaya mütləq qayıdacağını bildirmişdi. Və bunu etdi... Amma necə?
Saakaşvili Ukraynaya qatarla getməyi planlaşdırırdı, lakin buna imkan vermədilər
Sentyabrın 9-da Saakaşvili elan etdi ki, Polşadan Ukraynaya yola düşür. Gürcüstanın keçmiş prezidenti sosial şəbəkə hesabında velosiped dəbilqəsində selfi paylaşaraq yazdı: "Vəssalam, biz Krakovesə, Ukraynaya yola düşürük".
Başlanğıc üçün ona buraxılış məntəqəsinə çatmaq lazım idi. Sərhədə qədər o, Kiyevə yönələn "İntersiti" qatarı ilə getməyə qərar verdi. Polşanın Peremışl bölgəsində qatar saxlanıldı və elan edildi ki, içəridə Ukrayna ərazisinə girişi məhdudlaşdırılan şəxs olduğu üçün qatar buraxılmayacaq.
"Vətəndaşlıqdan sovet dövrünün metodu ilə məhrum edilməyim əsl vəhşilik idi. Amma bundan da betəri 100-lərlə sərnişin olan qatarı Avropa İttifaqı ərazisində dayandırmaq... Siz nə vaxtsa belə bir şey görmüsünüz? Bir insanı Ukraynaya buraxmamaq üçün onlar bütün sərnişinləri girov saxladılar. Bu vəhşilikdir”, - Saakaşvili jurnalistlərə bildirdi. Siyasətçinin tərəfdarları maşinistin kabinasına yaxınlaşaraq qatarı hərəkətə gətirməyi tələb etdilər. Lakin o, müdiriyyətin əmri olmadan bunu əsla edə bilməyəcəyini dedi.
Polşa Xarici İşlər Nazirliyi münaqişəni həll etməyə çalışırdı
Ali Radanın deputatı Mustafa Nayemin məlumatına görə, Polşa Xarici İşlər Nazirliyinin nümayəndələri Kiyevə zəng edərək qatarı buraxmağı və artıq orada vətəndaşlıq məsələsini aydınlaşdırmağı təklif etdi, lakin bu da uğursuz oldu.
Siyasətçi sərhədə doğru avtobusla yola düşdü
Bu zaman Saakaşvili, tərəfdarları ilə birgə avtobusa oturaraq sərhədə doğru hərəkəti davam etdirdi.
Keçmiş qubernatorun avtobusu Polşa buraxılış məntəqəsi - "Medıka"nı asan keçdi. Sərhədçilər xəbərdarlıq etdilər ki, Ukrayna ərazisində problemlər olacaq. Gözlənilən oldu - Ukraynanın "Şeqini" buraxılış məntəqəsində Ukrayna güc strukturlarının işçiləri yolu kəsdilər. Onlar elan etdilər ki, buraxılış məntəqəsi minalanıb.
Saakaşvilinin tərəfdarları onu sərhəddə qarşıladılar
Saakaşvilinin tərəfdarları Milli Qvardiya döyüşçülərindən qeyri-qanuni hərəkətlərə son qoymalarını tələb etdilər və xorla Ukrayna himnini oxudular.
Saakaşvilinin avtobusu bufer zonasında - düz Ukrayna güc strukturlarının kordonunun qarşısında dayandı. Bir müddətdən sonra Saakaşvili və Timoşenko avtobusdan çıxdılar və siyasətçi əsgərlərin qarşısında çıxış etməyə başladı. "Uşaqlar, mən sizi çox sevirəm, cinayətkarların əmrlərinə tabe olmayın. Barıqa-prezident və əlaltıları milyardlar qazanırlar, siz isə qan axıdırsınız. Orada hamı cinayətkarlardır. Və siz bunu əla bilirsiniz", - bufer zonasında Saakaşvili əsgərlərə öz müraciətini etdi.
Keçmiş qubernatorun dəstəkçiləri içərisində Timoşenko da var idi
Saakaşvilini bir sıra məşhur Ukrayna siyasətçiləri dəstəklədi, eyni zamanda "Batkivşina" lideri Yuliya Timoşenko."Timoşenko hörüyünü hörüb. Onun hörüyünü hörməsi bəziləri üçün pis nişanədır", - deyə Saakaşvili yarızarafat, yarıgerçək rəsmi Ukraynaya mesaj da yolladı.
İndi vəziyyət əsaslı şəkildə dəyişib və təqib olunan siyasətçi həbs edilərək Tiflisə göndərilə bilər. Bəzi ukraynalı deputatlar bu ssenarini əvvəlcədən proqnozlaşdırmışdılar: Məşhur legioner qayıdarsa...
Paylaş: