Xəbər lenti

 Cəlilabad rayonunda daş salnamə aşkar edilib.

Tarixçi Elşad Əmənovun Report-a verdiyi məlumata görə, salnamənin üzərində 14 hərf-işarə var.

Yazı qrafiki Mingəçevirdə, Şimali Qafqazda, Altay ərazisində, Urmiya və Ön Asiyada tapılmış yazı nümunələrinə çox oxşardır. Yazılı daşın bir üzünə baxış keçirilsə də, digər üzü torpağa bitişik olduğundan tədqiq etmək mümkün olmayıb.

Tarixçinin sözlərinə görə, bu tip yazılara Mixi yazıları dövründə də rast gəlmək mümkün olub: "Bu yazı təqribən e.ə. V əsrə aiddir. Bunun ciddi tədqiqata ehtiyacı var".




Ana səhifəyə qayıt        Baxış: 788          Tarix: 9-05-2017, 11:01      

Xəbəri paylaş


Paylaş:   

Prizma