Xəbər lenti
Türkiyə konsulluqlarına - Qorxulu məktub
Avropada yaşayan Türkiyə vətəndaşlarının konstitusiya dəyişikliyi üçün səsvermə müddətinin davam etdiyi bir vaxtda Türkiyənin Almaniyadakı konsulluqlarına içində şübhəli toz maddə olan məktublar göndərilib.

Axar.az xəbər verir ki, axtarışlar nəticəsində Hannover, Mainz, Essen, Frankfurt və Hamburq konsulluqlarına göndərilən məktubların içərisindəki maddənin zərərsiz olduğu aydınlaşıb.

Polislin verdiyi məlumata görə, məktubdakı yazı xətti və barmaq izləri eyni şəxsə aiddir.

Axtarışların sonuna kimi nümayəndəliklər bağlı qalıb.

Qeyd edək ki, Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum səsverməsinin xaricdəki vətəndaşlar üçün seçim müddəti dünən başa çatıb.


Ana səhifəyə qayıt        Baxış: 1 172          Tarix: 11-04-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma