Xəbər lenti

 Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. 

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası yeni mövsümün açılışını edəcək.

Tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər MəmmədSəfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. 

Tamaşa saat 19.00-da başlayacaq.

Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza”, və “Sonuncu” tamaşaları nümayiş olunacaq.

YUĞ Teatrı cari mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır. Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.

Teatrın sentyabr ayına olan repertuarını təqdim edirik:

20.09.17 – “Səsimi unutma” (K.Abdulla)

21.09.17 – “Boy” (T.Əngin)

26.09.17 – “Metamorfoza” (S.Haqverdiyeva)

27.09.17 – “Sonuncu” (Pərvin)

28.09.17 – “Medeya. Sekvensiya 01” (V.Klim).




Ana səhifəyə qayıt        Baxış: 1 091          Tarix: 8-09-2017, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma