Xəbər lenti

 

Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Mun Ce-ini təbrik edib.

Ovqat.com”un məlumatına görə, məktubda qeyd olunur: 

“Hörmətli Prezident, Koreya Respublikasının milli bayramı- Dövlətin Yaranması Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. İnanıram ki, dostluq əlaqələrimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və firavanlıq arzulayıram”.




Ana səhifəyə qayıt        Baxış: 1 074          Tarix: 2-10-2017, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma