Bakıda 1999-cu ildə adam oğurluğunda təqsirli bilinən 1969-cu il təvəllüdlü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirlib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Məzahir Süleymanovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses oktyabrın 12-də davam edəcək.
İttihama görə, Məzahir Süleymanovun da daxil olduğu dəstənin üzvləri 17 il əvvəl mühakimə olunublar. Dəstə üzvləri l5-14 il müddətinə azadlıqdan məhrum ediliblər və cəzalarını çəkərək azadlığa çıxıblar. Məzahir Süleymanov isə ölkədən qaçaraq istintaqdan yayınmağı bacarıb. Bu səbəbdən onun mühakiməsi həmin dövrdə baş tutmayıb.
Dəstə başçılarından biri kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşov olub. Oğurlanan Tofiq Hüseynovun qardaşı Məmmədmirzə Hüseynov o zaman “Binə” yarmarkasının sahiblərindənmiş. İstintaq sənədlərinə görə, Məzahir Süleymanov və dəstənin digər üzvləri 1999-cu ildə Bakı şəhər sakini Tofiq Hüseynovu oğurlayıb, ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi barədə plan hazırlayıblar.
Paylaş: