Xəbər lenti

Milli Məclisin bu gün keçirilən iclasında 3 məsələnin müzakirəsi təxirə salınıb.

Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, gündəliyin 18, 19 və 20-ci məsələlərinin müzakirəsi müəyyən səbəblərdən təxirə salınıb. Qeyd edək ki, bu məsələlər Mülki Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi ilə bağlıdır. (Trend)




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 20-10-2017, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma