Xəbər lenti

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası başlayıb.

Ovqat.com-un xəbərinə görə, iclasa spiker Oqtay Əsədov sədrlik edir.

Plenar iclasın gündələyinə 13 məsələ daxildir. "Turizm haqqında", "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihələri müzakirəyə çıxarılacaq.

Bundan başqa, "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında" Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gas Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş "Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında" SOCAR Umid Oil and Gas Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsinə, "Diplomatik xidmət haqqında", "Pasportlar haqqında", "Dərman vasitələri haqqında", "Yeyinti məhsulları haqqında", "Reklam haqqında", İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə dəyişiklik layihələrinə baxılacaq.




Ana səhifəyə qayıt        Baxış: 1 159          Tarix: 2-05-2017, 12:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma