
Rusiyanın Perm şəhərində döyülərək öldürülən azərbaycanlı tələbə Bakıya gətirilərək dəfn olunub.
Permdə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib ki, Perm Dövlət Farmakoloji Akademiyasının tələbəsi Hüseyn Mustafayev noyabrın 26-da doğulduğu Bakıda şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, noyabrın 18-dən 19-na keçən gecə Perm Dövlət Farmakoloji Akademiyasının tələbəsi,Azərbaycan vətəndaşı,1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
H.Mustafayev xəstəxanaya yerləşdirilib.Lakin həkimlərin səylərinə baxmayaraq, o, noyabrın 23-də xəstəxanada keçinib.Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.//APA
Paylaş: