Xəbər lenti

 

Türkiyədə dünyasını dəyişən müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rövşən Camalov bu gün Bakıda dəfn olunub

Ovqat.com AzVision.az-a istinadən xəbər verir ki, mərhumun cənazəsi Şüvəlanda Mir Möhsün Ağa ziyarətgahının yaxınlığında yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, ailəyə yaxın şəxslər iştirak ediblər.

Nazir oğlunun yas mərasimi Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, 44 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişən R.Camalovun iki övladı yadigar qalıb.




Ana səhifəyə qayıt        Baxış: 884          Tarix: 16-09-2017, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma