İyulun 24-də Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda 5 nəfərdən ibarət azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanıb.
Publika.az xəbər verir ki, Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədr müavini Ayaz Məmmədov APA-ya bildirib ki, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (ehtiyatsızlıqdan iki və daha çox adamın ölümünə səbəb olma) ilə başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub, müayinələr aparıblar.
A. Məmmədov bildirib ki, hadisədə ağır yaralanan ailənin digər üzvü Hüseyn İlyasovun vəziyyəti isə orta ağırdır, hadisə baş verən vaxt evdə olmayan ailənin xanımı isə ağır psixoloji durumdadır.
Qeyd edək ki, iyulun 24-də gecə Krasnoyarsk diyarının Suxobuzimsk qəsəbəsinin yaxınlığındakı tikilidə baş verən yanğın zamanı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanaraq həlak olublar. Ailənin digər üzvü, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yanğın baş verən vaxt ana evdə olmayıb.
Paylaş: