“Təhsil məsələləri barədə Prezident Administrasiyasına müraciətlərin artmasının səbəbini müəyyən dərəcədə 2014-cü ildən başlayaraq, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi və buna müvafiq olaraq müəllimlərin dərs yükünün və əməkhaqqının müəyyən edilməsi sahəsində görülən işlərlə əlaqələndirmək olar”.
“Report”un xəbərinə görə, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.
O qeyd edib ki, 2017-ci ildə bütövlükdə 41905 müəllimin diaqnostik qiymətləndirilməsi aparılıb, onların 1,3 faizi lazımi nəticə göstərə bilməyib: “Təhsil sahəsində çalışanların, demək olar ki, hamısını əhatə edən bu qiymətləndirmə nəticələri müəllimlərin dərs yükünə və əməkhaqqına təsir göstərdiyinə görə müraciətlərin də sayı artıb. Bunun yaxşı cəhəti odur ki, qiymətləndirmə stimullaşdırıcı xarakter daşıyıb və müəllimlərin öz üzərində daha ciddi çalışmasına, bütövlükdə təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir edib”
Paylaş: