Xəbər lenti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının "Naxavtoyol” Dövlət Şirkətinin əsasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb.

Digər fərmanlarla "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi haqqında Əsasnamə” və "Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin strukturu” da təsdiq edilib.

Agentliyin strukturu Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin Aparatı və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarından ibarət olacaq.




Ana səhifəyə qayıt        Baxış: 941          Tarix: 15-02-2018, 11:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma