Təhsil eksperti Kamran Əsədov 2018-2019 – cu il üçün ali məktəblərə qəbul imtahanlarının yaz sessiyasının nəticələrini açıqlayıb. Strateq.azhəmin nəticələri oxuculara təqdim edir:
Ümumilikdə I – IV ixtisas qrupu üzrə 68 min abituriyent imtahan verib ki, onlardan da 9.8 faizi 500-700 arası bal toplayıb.
I ixtisas qrupu üzrə 27478 nəfər iştirak edib, onlardan 1916 – nəfər 500-700 arası bal toplayıb.
II ixtisas qrupu üzrə nəfər 16700 iştirak edib, onlardan 1328 nəfər 500-700 arası bal toplayıb.
III ixtisas qrupu üzrə 18900 nəfər iştirak edib, onlardan 2145 nəfər 500 – 700 arası bal toplayıb.
IV ixtisas qrupu üzrə 4981 nəfər iştirak edib, onlardan 1365 nəfəri 500-700 arası bal toplayıb.
10 nəfər maksimum nəticə, 700 bal toplayıb.
Xatırladaq ki, 2018-2019 – cu tədris ili üçün ali məktəblərə 45 min plan yeri ayrılıb.
Paylaş: