Xəbər lenti

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi olub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Rəşad Babayev Tovuz Gömrük İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, R.Babayev bu təyinatadək Dövlət Gömrük Komitəsinin Malliyyə-tarif və valyuta nəzarəti baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Onu da xatırladaq ki, R. Babayevdən əvvəl Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov olub. O, Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 688          Tarix: 28-06-2018, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma