Xəbər lenti

Şotlandiyada gündəlik dərc olunan “The Scotsman” (“Şotlandiyalı”) qəzeti Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını çap edib.  

Bu barədə Strateq.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilən qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları var.

Xatırladaq ki, “The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.

Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 10-07-2018, 14:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma