Xəbər lenti

Bu gündən ölkə ərazisində “Təmiz hava” aylığı başlayır.

“Report”un xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev bildirib ki, “Təmiz hava” aylığının keçirilməsində məqsəd atmosferin avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır: “Tədbirlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər”.

R.Quliyev qeyd edib ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilən normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qaydaları pozan sürücülər üçün 50 manatlıq cərimələr olacaq”.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək “Təmiz hava” aylığı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 605          Tarix: 1-08-2018, 17:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma