Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi (DİN) hospitalının əməkdaşı burun əməliyyatından sonra dünyasını dəyişib.
Unikal.org-un xəbərinə görə, adıçəkilən hospitalın tibb bacısı vəzifəsində çalışan 1971-ci il təvəllüdlü Sevinc Qəribova sentyabrın 3-də cərrah İdrak Əhmədov tərəfindən keçirilən burunda çəpər əyriliyindən əməliyyat olunub. Yaxınlarının verdiyi məlumata görə, əməliyyat normal keçib. Əməliyyatdan sonra ayılıb, danışıb. Lakin 4 saat sonra onun təzyiqi düşüb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən Sevinc Qəribova həm də polis serjantı olub. Ailəli olan mərhumun, 9 yaşlı bir qızı var.
Qeyd edək ki, Nərimanov Rayon Prokurorluğu fakt üzrə araşdırma aparır.
Dünyasını dəyişən qadının fotosunu təqdim edirik:
Paylaş: