Xəbər lenti

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 10-da Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Ordubad rayonunda icbari tibbi sığorta tətbiq ediləcək.

Sərəncamla Ordubad Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin Nizamnaməsini təsdiq edərək 2019-cu il dekabrın 1-dən fəaliyyətini təmin etməlidir. Həmçinin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Ordubad Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşları 2019-cu il dekabrın 1-dən 50 faiz artırılacaq. \\APA




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 10-12-2019, 23:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma