Azərbaycanda qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin fəaliyyətinin qadağan olması barədə tələb ləğv edilib.
Bu, Nazirlər Kabinetinin “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması Qaydaları”na etdiyi dəyişiklikdə əkini tapıb.
Qeyd edək ki, Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeydiyyata alınır və subyektlərin dövlət reyestrinə daxil edilir. Qida təhlükəsizliyi qeydiyyatı Agentlikdə qeydiyyata alınmış subyektlər, onların təsərrüfat fəaliyyətinə cəlb olunmuş obyektlər, qida məhsullarının və ya xidmətlərin adı və növü də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərini əhatə edir. Subyektlər qeydiyyat üçün Agentliyə və ya Agentliyin “ASAN xidmət” mərkəzlərində, kiçik və orta biznes evlərində və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində fəaliyyət göstərən nümayəndəsinə ərizə ilə müraciət edirlər.
Qaydaya əsasən, qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin siyahısı da yenidən müəyyənləşib. 16 iyul 2018-ci ildən qüvvədə olan qüvvədə olan Qaydaya əsasən, qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin siyahısına qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən dövlət orqanları (qurumları), bələdiyyələr, hüquqi və fiziki şəxslər daxil olub. Dəyişikliyə əsasən, bundan sonra qida (yeyinti) məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələr sayılacaq. /APA
Paylaş: