Çində koronavirus qurbanlarının sayı 1523 nəfərə çatıb, 8096 nəfər isə ölümcül virusdan xilas ola bilib. Hazırda ölkədə 66,4 mindən çox virus daşıyıcısı var.
APA xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Təkcə Hubey əyalətində yeni koronavirus xəstəliyinə yoluxanların sayı 54,4 min nəfəri keçib, onlardan 1457 nəfər ölüb, 4774 insan sağalaraq xəstəxanaları tərk edib.
Məlumata görə, xəstəliyin pik həddə yayıldığı Uhan şəhərində (Hubeyin inzibati mərkəzi) yoluxanların sayı 37,9 mindən çoxdur. İkinci yerdə Syaoqan (3,1 min yoluxma halı), üçüncü isə Huanqandır (2,8 min yoluxma halı). Bölgənin digər dörd şəhərində isə bu göstərici min nəfəri ötüb.
Bundan əlavə, ölkədə virusa yoluxma şübhəsinin yarandığı 8,9 mindən çox insan var, onlar hazırda karantin altındadır. Virusa yoluxmuş insanlarla yaxın təmasda olan 169 mindən çox ölkə vətəndaşı da tibbi nəzarətdə saxlanılır.
Paylaş: