Xəbər lenti


Milli Məclisin deputatı Aydın Mirzəzadənin əmisi qızı koronavirusdan vəfat edib.

Bu barədə "Report"a deputatın özü məlumat verib.

Onun sözlərinə görə, 64 yaşlı əmisi qızı dünən koronavirusdan ölüb: "Üç gün temperaturla gəzib, hesab edib ki, soyuq dəyib.

Onu Goranboydakı xəstəxanalardan birinə yerləşdirmişdilər.

İki gün süni nəfəs aparatında saxlasalar da, həkimlər əmim qızının həyatını xilas edə bilmədilər.

Özündən başqa ailəsindən daha dörd nəfər klinikada koronavirusdan müalicə alırlar və ananın vəfatından xəbərləri yoxdur".



Ana səhifəyə qayıt        Baxış: 1 145          Tarix: 6-06-2020, 15:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma