Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
“Dağlıq Qarabağ (Arsax) müstəqil subyekt olacaq və heç vaxt Azərbaycanın tərkibinə keçməyəcək”.
Ovqat.com xəbər verir ki, qondarma “DQR”-nın “Təhlükəsizlik Şurası”nın katibi Vitali Balasanyan “Arsax” İctimai televiziyasındakı çıxışında belə deyib.
Onun sözlərinə görə, “DQR”-nın ordusu da olacaq: “Heç kəs heç vaxt düşünməsin ki, “Arsax”da Silahlı Qüvvələr olmayacaqdır. Biz Müdafiə Ordusunun struktur dəyişikliklərindən danışanda daha çevik, daha döyüş qabiliyyətli ordunu nəzərdə tuturuq, hər bir hərbi qulluqçu döyüşçü olmalıdır”, - Vitali belə deyib.
Vitali Balasanyan iddia edib ki, 1920-cı illərdə Dağlıq Qarabağ erməniləri indikindən də pis vəziyyətdə idi, amma böhrandan çıxmağı bacardı, erməni diasporunun sayəsində yenə də bu vəziyyətdən çıxa bilər: “Biz bu gün resurslarımızı, o cümlədən diasporumuzu birləşdirərək bu ağır vəziyyətdən çıxa bilərik. Mən əminəm ki, biz çıxacağıq və indi onun həyata keçirilməsi üçün müvafiq siyasət hazırlayırıq. Təhlükəsizlik Şurası müzakirədən sonra qəbul ediləcək konsepsiyanı hazırlayır. Müdafiə ordusu “Arsax” xalqının təhlükəsizliyinin təminatçısıdır.”
Vitali Balasanyan Rusiyanın himayəsinə sığınaraq bu cür guruldadıqlarını da gizlətməyib: “Rusiya sülhməramlıları ilə əməkdaşlıq davam edirik: onlar nəzarət edirlər ki, şərait pozulmasın, təxribatlar olmasın. Biz Rusiyanın sülhməramlı kontingentinə, bütün görüşlərimizə və rəsmi təmaslarımıza hörmət edirik, onlar sülhü dəstəkləməyə kömək edirlər, amma əminəm ki, Müdafiə Ordusu komponent təhlükəsizlik problemini həll etməyə qadirdir”.
Separatçı rejim rəsmisinin bu sözləri təsdiqləyir ki, Rusiya “sülhməramlıları” Dağlıq Qarabağda separatizmi dəstəkləməklə məşğuldurlar. Odur ki, rəsmi Bakı rus “sülhməramlılarının” öz təyinatlarından kənar işlərlə məşğul olduqlarını rəsmən bildirməli və onların işğalçı ordu kimi Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edib beynəlxalq qurumlar qarşısında məsələ qaldırmalıdır. Lazım gələrsə, Rusiyanın bölgədən çıxarılmasında maraqlı olan dövlət və hərbi alyanslarla ittifaq imkanlarını nəzərdən keçirməlidir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar