Xəbər lenti


Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün növbəti brifinq keçiriи.

Bu dəfəki mətbuat konfransında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, TƏBİB-in xəstəliklərin profiaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva iştirak edirlər. Tədbirdə pandemiya ilə bağlı ölkədəki son vəziyyət haqda məlumat verilib, jurnalistlərin sualları cavablandırılıb.

Y.Qarayeva bildirib ki, Azərbaycanda yoluxmanın sayının azalmasına baxmayaraq ölüm halları hələ də var. Ancaq aprel ayından yoluxma 10 faizdən aşağı düşüb: “İl ərzində olduğu kimi qadınlar arasında yoluxma daha çoxdur. Bir il ərzində yaş qrupları arasında ciddi dəyişiklər olmayıb. 30-69 yaş arası qruplarda yoluxma daha çox rast gəlinir. Yoluxmalar Bakı, Abşeron və Sumqayıtda qeydə alınıb.

Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur. İdman və sağlamlıq bərpa mərkəzlərinin fəaliyyətinə icazə verilir.

Şahmar Mövsümov bildirib ki, mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur. Həmçinin mayın 31-də metronun fəaliyyətinə icazə verilir.

İyunun 10-dan “Mall”arın və iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilir. 10 iyun tarixindən ibadət yerlərinin açılmasına, çimərliklərin fəaliyyətinə icazə veriləcək. 






Ana səhifəyə qayıt        Baxış: 4 419          Tarix: 25-05-2021, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma