Xəbər lenti


 
“Təxminən 16-18 km uzunluğunda olan Qafan-Gorus dövlətlərarası yolun Qətər-Karmrakar hissəsi iki saatdan artıqdır bağlanıb”.
 
Ovqat.com xəbər verir ki, məlumatı Ermənistan parlamentinin sabiq deputatı Naira Zohrabyan özünün facebook səhifəsində yayıb


 
Sabiq deputatın iddiasına görə, yolu Azərbaycan əsgərləri kəsib.
 
“Bu ərazidə aralarında uşaqlar da olmaqla təxminən 25 sərnişini olan 40 -a yaxın avtomobil gözləyir.


Şəkildə: Həmin yolun bir hissəsi

Ermənistan Respublikasının sərhəd qoşunları ilə yanaşı rus sülhməramlıları da hadisə yerindədir. Aldığım məlumata görə, azərbaycanlılar yolu açmaqdan imtina edirlər”.


 
Qeyd edək ki, sabiq erməni deputatın işarə etdiyi ərazi Azərbaycanın dövlət ərazisinə düşür. Məlumata görə, Qafan-Gorus yolunun 20 km-i bizim ərazilərimizdən keçir. Ermənilərin kommunikasiya-nəqliyyat blokunu açmaqdan imtina etdiyi indiki şəraitdə Azərbaycanın da eyni addımı atmaması üçün heç bir səbəb yoxdur. Azərbaycanın həmin yolu bağlaması isə Ermənistanın cənubu ilə şimalı arasında əlaqələrin kəsilməsi anlamına gəlir.
 
Erməni qaynaqların yaydığı bir digər məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Birinci Ordu Korpusuna həyəcan siqnalı verilib.


Yenilənib: 1.41

Verilən ən son məlumara görə, Azərbaycan hərbçilərinin nəzarət altına aldıqları Gorus-Kafan yolunun bizə düşən hissəsində hərəkəti məhdudlaşan mülki maşınlar sərbəst buraxılıb.
 
Məlumatı Ermənistanın hüquq müdafiəçisi Arman Tatoyan yayıb.


 
 
“3 saatdan artıqdır ki, 50 azərbaycanlı hərbçi David-Bek kəndi yaxınlığındakı Gorisdən Kapana gedən dövlətlərarası yolu bağlayıb. Açmaqdan da imtina edirlər...
 
Bilirəm ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar və onların səyləri ilə mülki maşınlar çıxarılıb. Doğrulanmış məlumatlara görə, danışıqlar səhər saatlarında davam edəcək”, - erməni hüquq müdafiəçisi belə .





Ana səhifəyə qayıt        Baxış: 6 497          Tarix: 26-08-2021, 00:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma