Rusiya polisi Moskvada sükan arxasında ləzginka oynayan sürücünün şəxsiyyətini müəyyən edib.
Ovqat.com oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya DİN-nin rəsmi saytında məlumat verilir.
Hadisənin videosu iyunun 4-də sosial şəbəkələrdə yayılıb. Kabardin-Balkar Respublikasının sakini rəqs zamanı hətta oturacaqdan da durur. Videoda görünür ki, avtobus yüksək sürətlə hərəkət edir.
Polis müəyyən edib ki, videoyazı aprelin 17-də saat 21:00 radələrində Moskva şəhərində lentə alınıb. Sürücü Kabardin-Balkar Respublikasının Zolski rayonunun 44 yaşlı sakinidir. O bildirib ki, boş avtobusu dostları ilə birlikdə servisə aparırdı.
Sürücü polisləri əmin edib ki, vəziyyəti tam nəzarətdə saxlayırdı və "hər şeyin yaxşı bitdiyi üçün" bağışlanılmasını xahiş edib.
Lakin Rusiya DİN-də hesab edirlər ki, sürücü həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükəyə atıb. Onun məsuliyyətə cəlb olunmasına dair məlumat verilmir.
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: