Xəbər lenti
Dünən, 19:25

Təhsil müəssisələrində müəllimlər və tələbələr arasında yoluxma halları xeyli artıb. Son bir ayda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Dövlər Neft və Sənaye Universitetinin (ADNSU) , Azərbaycan Texniki Universitetinin (ATU) bir neçə qrupu distant təhsilə keçib. Sözgedən qruplarda bəzi tələbələrdə koronavirus aşkarlanıb. Qaydalara görə universitetlərdə eyni qrupda 3 tələbədə virus aşkarlandığı təqdirdə ənənvi tədris dayandırılır.


Sentyabrın 18-dən isə 20 nömrəli məktəb-liseyinin 20 şagirdi və 15 müəllimi COVID-19 infeksiyasına yoluxduğundan ənənəvi təhsil 14 gün müddətində dayandırılıb. Xatırladaq ki, bu yazı çapa hazırlandığı vaxta olan məlumata görə, ölkədə 9 məktəb və 344 sinifində tədrisin distant formasına keçilib.
Valeh Teymurov isə qeyd edir ki, universitetlərdə qayıb limiti olduğundan tələbə də kəsilməmək üçün xəstə halda dərsə getməli olur. Nəticədə digər tələbələri də yoluxdurur: "Bu səbəbdən bir müddətdə distant təhsil davam etməli idi".

Təhsil eksperti Kamran Əsadov problemi "AzPolitika.info"ya şərh edərkən deyib ki, yoluxma sayları tədris müəssisələrinin fəaliyyətinə birbaşa təsir göstərir: "Əgər yoluxma halları artan tendensiya ilə davam edərsə, sıxlığı azaltmaq üçün məktəblərin fəaliyyəti məhdudlaşdırıla bilər. Uşaqlar valideynlərini, yaşlı insanları yoluxdurursa, həmin məktəblərin distant təhsilə keçməyinin tərəfdarıyam".
Ekspert qeyd edir ki, qapanmalar yalnız yoluxma halları baş vermiş təhsil müəssisələrinə tətbiq olunmalıdır. Yəni hansı məktəbdə yoluxma varsa, orda tədrisi onlayn qaydada aparmaq lazımdır: "Tədris bərpa olunandan sonra yoluxma hallarının olacağı və rəqəmlərin artacağı gözlənilən idi. Çünki tədris prosesində hər gün 2 milyon insan iştirak edir. Təəssüf ki, hazırda yoluxanlar arasında məktəblilər və müəllimlər də var. Amma hazırkı rəqəmlər çoxda təhlükəli deyil. Hesab edirəm ki, mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil".

Həmsöhbətimiz xatırtladır ki, ölkədə artıq 4 milyon insan peyvənd olunub. Amma əvvəlki il tədris bərpa edilərkən peyvəndləmə yox idi: "Bundan başqa onlayn dərslər şagirdlərə fiziki, psixoloji problemlər yaradır. Yenidən tədrisdə qapanmaya getmək ciddi fəsadlar yaradacaq. Belə ki, şagirdlərin bundan sonra məktəblərə cəlb edilməsində problem olacaq, onların qrafikləri ciddi şəkildə pozulacaq. Məktəb direktoru şagirdlərin təhlükəsizliyini, sağlamlığını ön planda saxlamalıdır. Çünki təhsil müəssisələrinin bağlanması şagirdlərə həm mənəvi, həm də psixoloji təsir edir. Son günlər mövsümü xəstəliklərin artması da, insanlarda təşvişə səbəb olub”.

Təhsil Nazirliynin məlumat mərkəzindən "AzPolitika.info"ya bildirildi ki, ənənəvi təhsilin dayandırılmasıyla bağlı müzakirələr aparılmır. Bu barədə hanısısa qərar qəbul edilsə, ictimaiyyətə məlumat veriləcək.

Elvin Bəyməmmədli

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 3 116          Tarix: 20-10-2021, 09:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma