Xəbər lenti

"Bu gün təhsilə yeni anlayışlar gəlib çıxıb ki, bunlar tədrisə qismən və tam cəlb olunmadır. Tədrisə tam cəlb olunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil olunacaq. Tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs ala bilər, bundan əlavə 10 kredit dərs götürə bilərlər".

“Report” xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına edilən dəyişikliklə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tədrisə qismən cəlb olunan tələbələr isə oxuduğu müddətdə həm də çalışa bilərlər: "Bu halda tələbələr ən azı iki fənni dinləyərək tədris almalıdırlar. Onlar 20 kreditdən çox olmamaq şərti ilə müəyyən müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsillərini davam etdirsinlər. Qismən tədrisə cəlb olunmada belə bir imkan yaranıb ki, tələbə özü iki fənn üzrə müəllimi seçsin və özünün tədris planının hərəkət trayektoriyasına uyğun olaraq müəyyənləşdirsin".

Y.Piriyev qeyd edib ki, əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə iki fənni seçə bilər və fənlərə-kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər: "Tələbələrin təhsilə davamiyyətində 25 faiz məhdudiyyət var idi. Yeni qaydalara əsasən, Gənclər və İdman Nazirliyinin yığma komandasının üzvlərinə bu məhdudiyyət şamil edilmir".

 




Ana səhifəyə qayıt        Baxış: 963          Tarix: 16-06-2017, 14:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma