Xəbər lenti
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
Mürvət Həsənli: “Bayramqabağı məhsulların bahalaşmasına imkan verməməliyik”
Martın 17-də Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası üzvlərinin toplantısı keçirilib. Toplantıda əsas müzakirələr ölkənin quş əti və yumurta ilə təchizatında mövcud vəziyyət, istehsalçılar qarşısında duran vəzifələr, onları narahat edən problemlər, bu problemlərin həllinə nail olmaq üçün atılacaq addımlarla bağlı olub.
Assosiasiyanın sədri Mürvət Həsənli ilk öncə istehsalçıları Novruz bayramına görə tələbatın artması fonunda quş əti və yumurtanın qiymətini artırmamağa çağırıb: “Bizim istehsal imkanlarımız ölkəmizin tələbatını tam təmin edəcək qədərdir, hətta ixraca da yetər. Bilirsiniz, Novruz bayramı ərəfəsində, bayram tətili günlərində həmişə xüsusilə yumurtaya tələbat artır. Dünyada gedən qlobal bahalaşma nəticəsində Azərbaycanda da bir sıra ərzaq məhsullarının bahalaşması gedib, proseslərdən görünür ki, hələ bir neçə ay gedəcək. Biz çalışmalıyıq ki, zərurət olmadığı halda qiymətləri qaldırmayaq, yəni fürsətçilik etməyək”.
İstehsalçı şirkətlərin rəhbərləri M.Həsənlinin təklifini dəstəkləyiblər. Onlar bildiriblər ki, hələlik Azərbaycanda quş əti və yumurtanın qiymətinin artması üçün əsas yoxdur. Lakin Ukraynada yaşanan müharibə üzündən xaricdən idxal olunan yem və yem əlavələrinin çatdırılma zəncirində problemlər yaranarsa, yaxud bu məhsullar kəskin bahalaşarsa, yerli istehsalçılar qiymətləri sabit saxlamaqda çətinlik çəkəcəklər. Müzakirələr zamanı qiymət artımının qarşısının alınması üçün quşçuluqda istifadə olunan yem və yem əlavələrinin idxalının ƏDV-dən azad olunmasının zəruri olduğu qeyd edildi. M.Həsənli bildirdi ki, bu məsələnin həlli üçün müvafiq dövlət qurumları ilə təmaslar gücləndiriləcək.İstehsalçılar həmçinin yem və yem əlavələri ilə təminatda xaricdən asılılığın aradan qaldırılması üçün ölkədə görülən işlərdən danışdılar. Bildirildi ki, qarğıdalı və soyanın yerli istehsalı ildən-ilə artır. Digər yemlərin də Azərbaycanda istehsalını qurmağa ehtiyac var.
Daha sonra istehsalçılar Azərbaycandakı böyük pərakəndə ticarət şəbəkələrinin onlara yaratdığı problemləri müzakirə etdilər. Vurğulandı ki, “Bravo” istisna olmaqla, demək olar ki, bütün şəbəkələr satılan məhsulun pulunu ödəməyi aylarla yubadırlar. “Qaraqaşlı Broyler” ASC-nin rəhbəri Müşfiq Hüseynov bildirdi ki, onlar şəbəkələrə məhsul verilməsini 2021-ci ildən dayandırıblar. Buna istehsalçını şəbəkələrə verilən məhsulun pulunu aylarla ala bilməməsi səbəb olub: “Quşçuluq istehsal sahəsi olaraq zəncirvarı şəkildə digər sahələrlə bağlıdır. Biz istehsal zəncirinin bir həlqəsiyik. Digər həlqələrdə yem istehsalçıları, idxalçıları, damazlıq yumurta istehsalçıları və sair dayanır. Biz satdığımız malın pulunu vaxtında ala bilməyəndə yem və yem əlavələrinin, damazlıq yumurtanın təchizatçılarının da pulunu vaxtında ödəyə bilmirik. Yəni bütün istehsal zəncirində pozulma yaranır. Neçə illər ticarət şəbəkələri ilə bu problemi həll etməyə çalışdıq, gördük ki, nəticə əldə edə bilmirik. Qərara gəldik və artıq onlara məhsul satmırıq. Əlbəttə, ilk mərhələdə müəyyən çətinliyimiz oldu, amma indi prosesi yoluna qoymuşuq. Təsəvvür edin ki, məhəllələrdəki kiçik və orta marketlər böyük şəbəkələrdən daha etibarlı tərəfdaşdırlar. Aldıqları malın pulunu vaxtında ödəyirlər, geri qaytarma faizi heç vaxt normadan yüksək olmur”.
“Siyəzən Broyler” ASC-nin rəhbəri Cavid Abbasovun sözlərinə görə, ticarət şəbəkələri ilə istehsalçılar arasında yaranan problemlərin kökündə qanunvericilikdəki boşluqlar dayanır: “Bu proses qanunla tənzimlənməlidir. Əslində, bizim pərakəndə ticarət şəbəkələrinə verdiyimiz malların dəyəri onların rəflərdə qalma müddətinə əsasən ödənməlidir: bir məhsul rəfdə 7 gün qalırsa, həmin müddət tamam olanda haqq-hesab aparılmalı və dəyəri ödənməlidir. Belə olarsa, biz öz fəaliyyətimizi daha planlı şəkildə qura, müəssisələrimizi inkişaf etdirə bilərik. Şəbəkələr tək bizə deyil, digər yerli istehsalçılara da eyni problemi yaradırlar. Kolbasa, sosiska istehsalçıları da aylarla pullarını ala bilmirlər, nəticədə bizdən aldıqları ətin dəyərini ödəməyi gecikdirirlər. Yəni bu məsələ köklü şəkildə, qanunverici baza əsasında həll olunmalıdır.Bizim daha bir problemimiz ticarət şəbəkələrində saxlama şəraiti ilə bağlıdır. Bizim məhsullarımızı aparıb dondurma soyuducularına qoyurlar. Yaxud dondurulmuş əti normal temperaturda saxlamadıqların görə donu açılır, yenidən dondururlar, onda da ətin rəngi qızarır, keyfiyyəti itir. Buna görə bizim məhsulun imicinə zərər dəyir, üstəlik, geri qayıtma faizi çoxalır. Əslində müvafiq dövlət qurumları nəzarət etməlidir ki, mağazalardakı saxlama yerləri qanunvericiliyin tələblərinə uyğun olsun. Amma bu nəzarət zəif olduğuna görə biz istehsalçılar əziyyət çəkirik”.
İstehsalçılar həmçinin xaricdən yumurta, quş əti idxalının yerli istehsalçılara yaratdığı problemlərə toxundular. “Giləzi Quşçuluq” ASC-nin rəhbəri Mahir Mirzəyev qeyd etdi ki, yumurta idxalına tətbiq olunan əlavə rüsum sayəsində idxal məhsulu yerli məhsulla rəqabət apara bilmir. Amma quş əti ilə bağlı vəziyyət fərqlidir. M.Həsənlinin sözlərinə görə, hazırda Azərbaycan istehsalçıları daxili tələbatı tam ödəyəcək qədər quş əti istehsal etmək imkanındadırlar: “İldə 30 min tondan yuxarı quş əti idxal olunur Azərbaycana. Bu, yerli istehsalçıların bazarının əlindən alınmasıdır. Biz müvafiq dövlət orqanları ilə müzakirələr apararaq idxalın məhdudlaşdırılmasına nail olmağa çalışacağıq. Ən azından illik quş əti idxalına kvota müəyyənləşdirilməli, kvotadan artıq idxala əlavə rüsumlar tətbiq olunmalıdır. Biz əgər Azərbaycanda ərzaq təhlükəsizliyindən danışırıqsa, yerli istehsalın qorunması burada ən önəmli məsələlərdən biridir”.
Toplantı iştirakçıları ölkəyə quş əti və yumurta idxalı ilə bağlı gömrük orqanları ilə bəzi çətinliklərin olduğunu qeyd edərək, onların aradan qaldırılması üçün addımların atılmasının zəruriliyini vurğulayıblar.
M.Həsənli məlumat verib ki, bir müddət əvvəl Bakı şəhərində xaricdən idxal olunmuş üzərində istehsal tarixi və istehsalçının adı olmadan quş əti və yumurta satışı nöqtəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib. Assosiasiya rəhbərinin sözlərinə görə, müraciəti üzrə dərhal zəruri addımlar atılıb, satış nöqtəsinə baxış keçirilib və ora bağlanıb: “Biz özümüz də üzləşdiyimiz problemlərlə bağlı aktiv nəzarət tədbirləri həyata keçirməli, müvafiq dövlət qurumları ilə əməkdaşlığı genişləndirməliyik”.
Daha sonra istehsalçılar yerli məhsulların imicinin artırılması, geniş təbliğatının qurulması ilə bağlı fikir mübadiləsi apardılar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar