Xəbər lenti

 

I qrup üzrə imtahan vermək üçün Bakıya gələn gənc bir daha evə qayıtmayıb.

Ovqat.com xəbər verir ki, ailəsi sosial mediada yaşanan hadisə ilə bağlı müraciət yayımlayıblar.

"Dostlar,Çox yaxın ailənin övladıdı. 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət imtahanı ilə əlaqədar Neftçaladan Bakıya gəlib. 1 ci qrupa imtahan verib. İbrahim imtahana görə həddən artıq həyəcanlı və narahat olduğunu ailə üzvlərinə bildirib. İmtahan verdikdən sonra dünən (24.07.2017) səhər təxminən saat 07:15 də qohumu Sədərək T.M yaxınlığında yol taksilərinin birinə (mini avtobus) mindirib ki Nefçalaya evə qayıtsın. Bu günə qədər İbrahimdən xəbər yoxdu. Evə çatmayıb. Qohumu İbrahimi taksiyə mindirib uzaqlaşdıqdan sonra o Bakıdamı düşüb, Neftçalaya gedib ordamı düşüb bir məlumat yoxdu. Hazırda polis də bu haqda məlumatlıdı və İbrahim dünəndən axtarılır. Xahiş edirəm bu postu paylaşmaqla yardımçı olun. İbrahimi görənlərdən və ya haqqında bir məlumat bilənlərdən +994(50) 727 96 16, +994(55) 907 52 69 (atası Yaşar) nömrələrinə zəng etmələri xahiş olunur"./qafqazinfo/




Ana səhifəyə qayıt        Baxış: 481          Tarix: 25-07-2017, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma