Xəbər lenti

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağ münaqişəsinə müdaxilə etməməli idi, çünki münaqişə zamanı Ermənistan xarici təcavüzə məruz qalmamışdı".

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstanda keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Lakin KTMT-nin buna heç bir aidiyyəti yoxdur, çünki Ermənistanın özünə qarşı heç bir xarici təcavüz olmayıb", - deyə o bildirib.

"KTMT - üzv ölkələri xarici təcavüzdən qorumaq üçün nəzərdə tutulub. Qarabağdakı hadisələrin öz spesifikası var: Ermənistan Qarabağı müstəqil dövlət kimi tanımayıb və əlbəttə ki, Qarabağı öz ərazisinə daxil etməyib. Deməli, Qarabağda baş verənlərin Ermənistana hüquqi baxımdan heç bir aidiyyəti yoxdur, ona görə də KTMT-nin bu ərazidə döyüşməsini tələb etmək qəribədir".




Ana səhifəyə qayıt        Baxış: 3 056          Tarix: 28-11-2024, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma