Xəbər lenti

Rüşvətdə ittiham edilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Amil Abdullayevin məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi keçmiş məmuru Cinayət Məcəlləsinin 308.1 və 311.3.3-cü (Vəzifə səlahiyyətlərindən su-istifadə və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilib.

Ona 9 il həbs cəzası təyin edilib. A.Abdullayevlə birgə təqsirləndirilən və həmin idarədə meşəbəyi kimi çalışmış Fədail Babayev isə cinayətdə iştirakda təqsirli bilinib.

A.Abdullayevə 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Qeyd edək ki, A.Abdullayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla tutulmuşdu. İstintaqla Amil Abdullayevin rəhbərlik etdiyi qurumun balansında olan meşə təyinatlı torpaq sahəsindən müxtəlif məqsədlər üçün istifadə müqabilində vətəndaşdan ümumilikdə 14 min 900 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkarlanaraq götürülüb.




Ana səhifəyə qayıt        Baxış: 2 979          Tarix: 24-06-2024, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma