Xəbər lenti

"Bacım oğlu Əhməd Əhmədov bu cinayəti tək törətməyib".

Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova deyib.

O bildirib ki, bu cinayətlə bağlı şübhələri var:

"Bacımın, Elmira Əhmədovanın, Məhəmməd Əhmədovun meyitlərini gözümlə görmüşəm. Mənə Elmira Əhmədovanın hüquqi varisi olmağı təklif edirlər, amma mən Pikə Əhmədovanın hüquqi varisi kimi tanınmalıyam. Mən Pikə Əhmədovanın bacısı, Elmira, Məhəmməd və Əhməd Əhmədovların xalasıyam.

Əhmədi anası ilə birgə böyütmüşəm. Xəstə olduğunu da danmıram. Amma bu cinayəti tək törətdiyinə inanmıram. Mən xala olaraq onun qəyyumu olmaq istəyirəm. Xəstə uşağın barmağını niyə sındırmısınız? Həkim axtarıram, tapılmır".




Ana səhifəyə qayıt        Baxış: 2 625          Tarix: 25-06-2024, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma