Xəbər lenti

Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

14:26

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.




Ana səhifəyə qayıt        Baxış: 3 509          Tarix: Bu gün, 15:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma